Ölkəmizin qarşısında yeni perspektivlər açılıb- ÖZƏL
22 Avqust 2024 11:45 Siyasət"Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsi olduğu kimi, Qafqazda və onun hüdudlarından kənarda da böyük nüfuza malik siyasi təşkilatdır".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisib deputatı Eldar İbrahimov deyib:
"Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Artıq yeni dövrə qədəm qoymuşuq. Qarşımızda bir çox mühüm hədəflər durur və qüdrətli Azərbaycan dövləti bütün milli məqsədlərin gerçəkləşməsinə nail olacaqdır. Gücünü xalqdan alan partiya daim qalib gələcək".
Alim Hüseynli
Olaylar.az