Boneyra adanın G24 layihəsinə daxil edilməsi üçün BMT-yə qətnamə təqdim edəcək - BTQ
21 Avqust 2024 19:33 SiyasətOktyabr ayında Boneyra adası adanın G24 layihəsinə daxil edilməsi ilə bağlı BMT-yə qətnamə təqdim edəcək.
Bunu jurnalistlərə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
"Boneyra adasının nümayəndələri Hollandiyanın müstəmləkə hakimiyyəti altında olan Boneyra adasına həsr olunmuş konfransın keçirilməsi xahişi ilə Bakı Təşəbbüs Qrupuna müraciət ediblər", - o qeyd edib.
O əlavə edib ki, Bakı Təşəbbüs Qrupunun Boneyra adasına həsr olunmuş növbəti tədbiri avqustun 22-də baş tutacaq.
"Bu, Bakının dekolonizasiya məsələləri üzrə beynəlxalq platformaya çevrildiyini sübut edir", - Abbas Abbasov vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31