Azərbaycan terrorla mübarizə sahəsində daima ön sıralardadır - XİN
21 Avqust 2024 16:52 SiyasətAzərbaycan terrordan ciddi şəkildə əziyyət çəkən bir ölkə olaraq milli və beynəlxalq səviyyədə terrorla mübarizə sahəsində daima ön sıralardadır.
"Olaylar" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Terrorizm Qurbanlarını Beynəlxalq Anma Günü ilə bağlı "X" sosial şəbəkə hesabında yazılıb.
"Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə rədd edirik və bu ciddi təhlükəyə qarşı güclü beynəlxalq fəaliyyətin tərəfdarıyıq", - paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31