Sarkisyanın xalq nəzdində ciddi bir siyasi perspektivi qalmayıb- ÖZƏL

"Sarkisyanın Moskvaya səfəri əslində, Ermənistanın daxili auditoriyasına hesablanmış bir səfərdir. Serj Sarkisyan antiazərbaycan mövqeyinə sahib, Qarabağda hərbi cinayətlər işləmiş bir şəxsdir. Bu gün Serj Sarkisyanın heç bir siyasi qüvvəsi yoxdur ki, Moskvada antiazərbaycan kompaniyasında iştirak etsin və hər hansı qərar aldıra bilsin. Onun xarici siyasətdəki nüfusu tamamilə tükənmişdir". 



Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Daxili siyasət də isə nüfusu qalır. Lakin çox ciddi şəkildə zədə alıb. Serj Sarkisyan artıq bəyənilən bir namizəd deyildir. Bunun isə bir neçə səbəbi var. Birincisi, onun hakimiyyətə gəlməsi şübhəlidir. 2009-cu il hadisələrində seçkilərdə açıq-aşlar saxtakarlıq olduğunu hamı bilirdi, bu Ermənistanda çoxsaylı mitinqlərə və o cümlədən siyasi hadisələr səbəbilə xalq kütlələrinin ölümünə səbəb olmuşdu. Belə desək, Ermənistan polisi və hərbi gücü öz xalqına qarşı Sarkisyanın əmriylə terror işlətmişdi. Sarkisyan saxtakarlıq yolu ilə hakimiyyətə gəldikdən sonra Xuntanın nümayəndəsi olaraq Ermənistanda iqtisadi vəziyyət daha da pisləşmiş, korrupsiya daha da güclənmiş, xaotik vəziyyət isə daha da dərinləşmişdi. Ona görə də Serj Sarkisyanın xalq nəzdində ciddi bir siyasi perspektivi qalmamışdır. Öyündüuü "Qarabağ işğalı" da 2020-ci il ordumuzun qələbəsi ilə heçə enmişdir. Artıq onun faktiki olaraq heç bir uğuru yoxdur. Lakin hələ də o, Nikol Paşinyana qarşı mübarizə aparmağa çalışır. Belə desək, köhnə günləri xatırlayaraq Moskvada özünə siyasi dairələr axtarmağa çalışır. Nüfusunu o qədər itirib ki, Moskvadakı rus siyasi dairələrlə birbaşa görüşə bilmir. Moskva ziyarətində Moskvadakı erməni diaspor nümayəndələri, fərqli-fərqli media nümayəndələri və biznes qrupunun nümayəndələri iıə görüşlər keçirmişdir. Vaxtilə Rusiyaya öz sözünü birbaşa deyə bilən Sarkisyan var idi. Bu gün isə üçüncü şəxslər vasitəsilə Moskvada hər hansısa dəstək axtaran Sarkisyan var. Bu da onun yenidən hakimiyyətə qayıtmaq cəhdlərinin puç olduğun göstərir. Birincisi, Ermənistan xalqı bu adama səs vermir. İkincisi, artıq onun Moskvada heç bir ciddi nüfusunun qalmadığını görürük. Digər tərəfdən isə o sadəcə bu gün Ermənistanda baı verən mitinqlərdən və siyasi iğtişaşlardan avantürist hərəkətlərlə siyasi nüfus qazanmağa çalışır. Nə Sarkisyanın, nə Köçəryanın, nə də keçmiş Xunta üzvlərinin yenidən hakimiyyətə qayıtmaq fikirlərinin çox da real olmadığını düşünürəm".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31