Fransa Ermənistana ləyaqətli bir dövlət kimi hörmət etsə idi- ÖZƏL

"Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanın təkcə Rusiyayla deyil, Belarusla da münasibətləri kifayət qədər zədələnibdir. Bu baxımdan da Belarus Prezidenti Paşinyana qarşı çox kəskin mövqeyi olan bir rəhbərdir".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"O, açıqlamalarında dəfələrlə Ermənistandakı sorosçu hakimiyyətin Belarus-Ermənistan münasibətlərinə də zərbə vurduğunu etiraf edibdir. Onun söylədiyi fikirlər də haqlıdır, çünki Lukaşenkonun da söylədiyi kimi əgər Makron və ya Fransa Ermənistana normal, ləyaqətli bir dövlət kimi hörmət etsə idi, onun daha da inkişafında maraqlı olar, tərəqqi etməyinə çalışardı. Amma biz görürük ki, nəinki Fransa Ermənistanın regional inteqrasiyasında maraqlıdır, əksinə, Ermənistanı dayanmadan qızışdıraraq, problemlərə təşviq edərək prosesdə tamamilə yad bir ünsür kimi qalmağına çalışır. Bu baxımdan da Belarus Prezidentinin ifadələri həm Ermənistan-Belarus münasibətlərindəki ziddiyyəti, həm də eyni zamanda Ermənistandakı yarıtmaz idarəçiliyin Ermənistanın başına gətirdiyi fəlakətləri ehtiva edir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31