Rusiya XİN: Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur
20 Avqust 2024 12:24 SiyasətKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə tərəfdaşlıqdan yayınmaq Ermənistanın milli təhlükəsizliyini əhəmiyyətli dərəcədə zəiflədir.
Olaylar bildirir ki, bunu RİA "Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin I MDB Ölkələri Departamentinin direktoru Mikael Aqasandyan deyib.
Onun sözlərinə görə, indiki məqamda Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur:
"Hazırda Ermənistanda KTMT ilə əməkdaşlıqdan yayınma meylləri hökm sürür. Onların bu cür mövqeyi erməni xalqının maraqlarına ziddir. Çünki bu yanaşma ölkənin milli təhlükəsizliyini zəiflədir. Ermənistanda sabitliyin KTMT və Rusiyadan başqa alternativ təminatçısı mövcud deyil. KTMT çərçivəsində qəbul edilən müştərək öhdəliklər də dəyişməz qalır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31