Putini Azərbaycana gəlməyə vadar edən əsas səbəb məhz bunlar- ÖZƏL
20 Avqust 2024 12:41 Siyasət"Putin Bakıya niyə gəlmişdi"sualı hamını düşündürür. Müzakirə edilən məsələlərə baxdıqda diqqəti çəkən əsas məsələ məhz "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlıdır.

Olaylar.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini şərh edən siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Ukrayna ilə müharibə başladıqdan sonra Qərb ölkələri, yeni ABŞ və Avropa Rusiya ilə iqtisadi əlaqələri rəsmi formada dondurub. Hazırda Rusiya əsasən şərq, yəni Asiya bazarlarına daxil olmağa çalışır. Azərbaycan vaxtilə Moskvanın təklif etdiyi bu dəhlizdə aktiv şəkildə iştirak edib. Hazırda həm avtomobil, həm də dəmiryol hissəsi çəkilişləri başa vuraraq Azərbaycan dəhlizin ölkəmizdən keçən hissəsini tamamlayıb. Rəsmi Bakı bununla da kifayətlənməyib. Dəhlizin ölkəmizdən keçən seqmentində çəkilmiş dəmiryol hissəsini modenləşdirir. İlham Əliyev Putinlə görüşündə bildirdi ki, bu dəhliz vasitəsi ilə Azərbaycan 15 milyon, hətta bu rəqəmdən daha çox yük daşıma potensialına sahibdir. Bu olduqda böyük rəqəmdir və Azərbaycanın həm şimal, həm də cənub istiqamətində tranzit rolunu artırmaqla iqtisadi inkişafa töhfə verəcək amildir. Rusiyanın istədiyi hazırda bu dəhlizə Hindistanı cəlb etməkdir. Bir müddət sonra Hindistanın baş naziri Narenda Modi Avropa turnesinə çıxacaq. Putin Modi Qərblə anlaşana qədər Hindistanı layihəyə cəlb etmək istəyir. Ancaq bunun üçün İran üzərinə düşən öhdəliyə əməl etməlidir. Tehranın üzərinə düşən dəhlizin İran ərazisindən keçən hisəsini modenləşdirib Hindistan üçün çıxışı təmin etməlidir. Dehli üçün maraqlı olan Tehranın mövqeyidir. İranın əvvəlki rəhbərliyi, yəni Rəisi hökuməti layihədə fəal iştirak edirdi. Məsud Pezeşkianın da bu siyasəti davam etdirəcəyi gözlənilir. Bu Tehran üçündə əlverişlidir. Sanksiyalar altında əzilən İran üçün bir nəfəslik rolunu oynaya bilər. Qeyd edim ki, bu layihədə Ermənistan da iştirak edir. Ancaq Paşinyan hökuməti bu günə qədər də üzərinə düşən öhdəliyi icra etməyərək nə avtomobil, nə dəmiryolunun tikintisini həyata keçirməyib.
Putin üçün Azərbaycan ona görə əhəmiyyət kəsb edir ki, layihənin açar dövləti məhz bizim ölkəmizdir. Rusiya məhz Azərbaycan vasitəsi ilə mallarını Asiya bazarlarına çıxarmaq istəyir. Putinin daha bir istəyi
Azərbaycanın fəal iştirak etdiyi Şərq - Qərb nəqliyyat dəhlizindən istifadə etməkdir. Rusiya öz qazını Avropaya satmaq üçün müxtəlif marşrutlar axtarır və burda ən önəmli ölkə yenə Azərbaycandır. Putini Azərbaycana gəlməyə vadar edən əsas səbəb məhz bunlar idi. Azərbaycan Rusiya üçün həm Şərq, həm Qərbə çıxış üçün körpü rolunu oynayır. Hazırda sanksiya altında iqtisadiyyatı bərbad gündə olan Rusiya üçün ölkəmizin nə qədər əhəmiyyətli olduğunu düşünmək elə də çətin deyil.