Lukaşenko: Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq
20 Avqust 2024 11:18 SiyasətBelarus Prezidenti Aleksandr Lukaşenko "Rossiya" telekanalına müsahibəsində Ermənistanın apardığı xarici siyasi kursa toxunub.
Olaylar bildirir ki, o bildirib ki, indiki vəziyyətdə Ermənistan region ölkələri ilə münasibətləri inkişaf etdirməlidir.
"Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq", - Lukaşenko deyib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31