Ermənistan hökuməti Azərbaycanla sülh sazişini sabotaj edir - Lavrov

Ermənistan hökuməti Azərbaycanla sülh sazişini sabotaj edir.

Bunu xarici işlər naziri Sergey Lavrov Rusiya televiziyasına açıqlamasında deyib.

"Biz sülh müqaviləsinin tezliklə imzalanmasının və kommunikasiyaların blokdan çıxarılmasının tərəfdarıyıq", - o deyib.

XİN rəhbəri vurğulayıb ki, Ermənistan üzərindən kommunikasiyaya gəlincə, baş nazir Paşinyanın imzaladığı sazişi sabotaj edən məhz Ermənistan hökumətidir.

"Belə bir mövqenin mənasını anlamaq çətindir", - Sergey Lavrov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31