Azərbaycan və Rusiya liderləri Bakıda regional gündəliyə dair bir sıra məsələləri müzakirə ediblər
19 Avqust 2024 18:08 SiyasətDanışıqlarda (Prezident İlham Əliyevlə - red.) regional gündəliyə dair bir sıra məsələləri müzakirə etdik.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
"Danışıqlarda regional gündəliyə dair, təbii ki, Azərbaycanın Xəzər regionunda və Cənubi Qafqazda oynadığı rol nəzərə alınaraq bir sıra məsələlər də nəzərdən keçirildi, aktual beynəlxalq mövzulara da toxunuldu", - deyən Rusiya Lideri vurğulayıb ki, hər iki ölkə xarici siyasətdə beynəlxalq hüququn aliliyi, suverenlik və daxili işlərə qarışmamaq prinsipini qətiyyətlə müdafiə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31