Prezident İlham Əliyev Vladimir Putinin Azərbaycana dövlət səfərinin tarixi xarakter daşıdığını qeyd edib
19 Avqust 2024 16:59 SiyasətPrezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfərinin tarixi xarakterini qeyd edib.
Olaylar-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunu üzrə mətbuata birgə bəyanatında bildirib.
"Şübhəsiz ki, bu səfər tarixi xarakter daşıyır və ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verəcək", - deyə dövlət başçısı qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31