Vüqar Əhmədov: Azərbaycan Rusiya Prezidenti Vladimir Putinin ziyarət etdiyi azsaylı ölkələrdəndir- ÖZƏL
19 Avqust 2024 11:35 Siyasət"Bu, Rusiya Prezidenti Vladimir Putinin uzun zamandan sonra Azərbaycana gerçəkləşdirilən səfəridir, dövlət səfəri olduğundan kifayət qədər əhəmiyyətli və geniş tərkibli səfər sayıla bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"Dövlət səfərləri adətən ölkələr arasında ən yüksək statuslu səfər sayılır, Rusiya Prezidentinin proqramına nəzər salsaq kifayət qədər zəngin olduğu bəlli olur. Rusiya ilə Azərbaycanın gündəliyini bir çox əhəmiyyətli mövzular, iqtisadi-ticarət, humanitar və mədəniyyət sahəsində olan əməkdaşlıq məsələlərini əhatə edir. Eyni zamanda indiki dönəmdə Azərbaycan Rusiya Prezidenti Vladimir Putinin ziyarət etdiyi azsaylı ölkələrdəndir, biz görürük ki, bir çox dəvətlərə baxmayaraq Putin xarici ölkələrə hal-hazırda az səfərlər gerçəkləşdirir, bu fakt isə Rusiya-Azərbaycan arasında strateji tərəfdaşlığın nə qədər yüksək olduğunu və Rusiya siyasi rəhbərliyinin ölkəmizə olan yüksək etimadının göstərcisidir. Təbii ki, bu səfər nəticəsində iki ölkə arasında olan əməkdaşlıq daha da genişlənəcək, regional məsələlər bir daha nəzərdən keçirələcək. Rusiya kimi dövlət üçün Azərbaycanı etibarlı tərəfdaş hesab etməsi ölkəmizə dünya miqyasında olan inam və etimadın göstərcisi sayila bilər. Düşünürəm ki, qarşılıqlı etimad və etibara söykənən bu münasibətlər əsasında dövlət başçıları arasında müzakirə olunacaq məsələlər regionun gələcəyi ilə bağlı bir çox məsələləri əhatə edəcək".
Qiymət Mahir