Putinin Azərbaycana səfəri münasibətləri daha da inkişaf etdirəcək- ÖZƏL

"Azərbaycanla Rusiya arasında iqtisadi-ticari əlaqələrin həcmi hər keçən gün daha da artır. Bu konteksdə Putinin Azərbaycana səfərində Azərbaycanla Rusiya arasında iqtisadi-ticari münasibətlərin bundan sonrakı gedişatı müzakirə ediləcək". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda iki ölkə arasında bir sıra vacib iqtisadi layihələrin müzakirəsi nəzərdə tutulur. Rusiya qazının Azərbaycana ixracının artırılması və ümumiyyətlə, yeni qaz kommunikasiya layihələri və digər məsələlər ətrafında da Rusiya Azərbaycan arasında müzakirələr aparılacaq. Həmçinin nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan regional gücdən qlobal gücə çevrilib. Ölkəmizin çox önəmli geocoğrafi və geostrateji mövqeləri var. Bu da Rusiya tərəfindən görünən, bilinən və etiraf edilən bir mənzərədir. Belə olan təqdirdə həm bölgə coğrafiyasında, həm Yaxın Şərq regionunda, həm də bütövlükdə bir sıra yerlərdə və dünyada baş verən proseslərdə Rusiya Azərbaycanın mövqeyini öyrənmək istəyir. Hesab edirəm ki, Putinin Bakıya səfərində iki ölkə lideri arasındakı danışıqlarda dünyada baş verən siyasi hadisələr ətrafında da müzakirələr aparılacaq. Bütövlükdə hesab edirəm ki, Putinin Azərbaycana səfəri Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək və eyni zamanda iki ölkə arasındakı indiyə qədər yaxşı olan münasibətlər sistemini daha da inkişaf etdirəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31