Putinin səfər proqramı: Bakıda nə edəcək?
19 Avqust 2024 07:26 SiyasətXəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün axşam saatlarında Bakıya gəlib.
TASS Rusiya liderinin səfər proqramını açıqlayıb.
Bildirilib ki, Rusiya Prezidenti Putin 19 avqustda Ümummilli Heydər Əliyevin məzarı önünə əklil qoyacaq, Şəhidlər xiyabanını ziyarət edəcək.
Putinin səfər proqramı Prezident İlham Əliyevlə rəsmi görüş mərasimi ilə başlayacaq.
Onların əvvəlcə məhdud formatda ünsiyyət qurması, daha sonra danışıqların geniş tərkibdə davam etdirilməsi planlaşdırılır.
Danışıqların iki raundu nəticəsində liderlərin birgə bəyanatı qəbul ediləcək, bir sıra hökumətlərarası və digər sənədlər imzalanacaq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31