DSX-nin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib - SƏRƏNCAM
17 Avqust 2024 11:45 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Olaylar xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:
polkovnik Bəhmən Rza oğlu Babayevə
polkovnik Əyyub Vəli oğlu Məmmədova
polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31