Milli Məclisə seçkilərlə əlaqədar 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb -MSK
16 Avqust 2024 16:38 SiyasətSentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.
Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Parlament seçkiləri ilə əlaqədar 93 964 yerli müşahidəçi qeydiyyatdan keçib.
Beynəlxalq müşahidəçilər 39 qurum və 46 ölkəni təmsil edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31