“Exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb -MSK

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.

Olaylar xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, MSK-ya müraciət edən Sosioloji Tədqiqatlar Mərkəzi seçkilərdə "exit poll" keçirmək niyyətindədir:

"Bu təşkilat 75 seçki dairəsinin 750 seçki məntəqəsində exit poll" keçirmək planlaşdırır. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb və quruma "exit poll" üçün şərait yaradılması qanunauyğun hesab edilib".

Qərar səsverməyə qoyularaq, qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31