Araz çayı Ermənistan ərazisindən çirklənməyə məruz qalır - Naxçıvan Muxtar Respublikasının prokuroru
16 Avqust 2024 13:35 SiyasətAraz çayı Ermənistan ərazisindən həm AES, həm də müxtəlif növ metallurgiya zavodlarının birbaşa tullantıları ilə çirklənməyə məruz qalır
Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir - Baş Prokurorluğun idarə rəisi
"Araz çayı Ermənistan ərazisindən həm AES, həm də müxtəlif növ metallurgiya zavodlarının birbaşa tullantıları ilə çirklənməyə məruz qalır. Araz çayı ilə birbaşa təmasda olan ərazilər və Arazboyu Naxçıvan MR-nın çoxsaylı yaşayış məntəqələri, əkin və otlaq sahələri vardır ki, Araz çayının bu şəkildə çirkləndirilməsi MR-in əhalisinin həyat və sağlamlığını, iqtisadiyyatını, kənd təsərrüfatı ciddi təhlükə altına alır" - deyə Sənan Paşayev qeyd edib.
Naxçıvanda yeraltı, yerüstü və sərhəd su obyektlərinin mövcud olduğunu bildirən Sənan Paşayev su ehtiyatlarının israfının qarşısının alınması məqsədilə bütün rayonlarda maarifləndirici tədbirlər keçirildiyini qeyd edib.