Ərazi bütövlüyümüzün bərpası İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir- ÖZƏL
16 Avqust 2024 12:47 Siyasət"Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub". "Olaylar" xəbər verir ki, bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib: "Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildən etibarən həyatımızın müxtəlif sahələrində əsaslı uğurlara nail olunub. Ərazi bütövlüyümüzün bərpası, qalib xalqa çevrilməyimiz Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasətinin nəticəsidir. Məhz bu amillər imkan verir deyim ki, bu seçkilərdə xalqın seçimi yenə də YAP-ın namizədləri olacaqdır".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31