Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərirdi - Prezidentinin səlahiyyətli nümayəndəsi

Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərirdi

Olaylar xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD lahiyəsi çərçivəsində "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda Elmi-praktiki Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O bildirib ki, Ermənistan tərəfindən metalların zəhərli tullantıları həm Araz çayına, həm də "Şir arxı"na axıdılmaqla burada olan yüzlərlə köçəri quş və balıq məhv olub: "Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi bu gün də davam edir. Bu isə Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olur. Demək olar ki, artıq bir çox bitki və heyvanların təbiətdən yox olması təhlükəsi yaranıb. Son zamanlar aparılan müşahidələr zamanı müəyyən edilib ki, çayın suyu qatılaşıb, rəngi dəyişilib. Bütün bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir.

Son zamanlar həmçinin, ekoterrorun nəticəsində Sədərək rayonunda "Şir arxı"da balıqlar məhv olub. Eyni zamanda, Şahbuz rayonunda minaya düşən yerli vətəndaşın xəsarət alması Ermənistanın məkirli siyasətinin nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31