İlham Əliyevin yürütdüyü siyasət ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edir- ÖZƏL

"Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası (YAP) yarandığı gündən Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyinin qorunması istiqamətində əzmlə çalışır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva deyib: "Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda müasir infrastruktur quruculuğu, qlobal enerji və nəqliyyat layihələri reallaşdırılır və bu, ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafını təmin edir. İşğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işləri ölkəmizin bundan sonra da sürətlə inkişaf edəcəyini deməyə ciddi əsas verir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31