Ölkədə hökm sürən xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir- ÖZƏL
16 Avqust 2024 10:52 Siyasət"Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu partiya hər zaman Azərbaycan xalqının rifahına xidmət edib". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib: "Hazırda Azərbaycanın dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır. Ölkədə yaradılmış milli həmrəylik dövlətimizə böyük uğurlar qazandırır. Ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə inam və etimad bəsləyirlər. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkədə hökm sürən xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir".
Rayon təşkilatının sədri YAP-ın "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq seçicilərin dəstəyi ilə qarşıya qoyulan hədəflərin reallaşdırılacağına əminliyini vurğulayıb.
Alim Hüseynli
Olaylar.az