COP29-u keçirən ölkə olaraq məsuliyyətimiz və üzərimizə düşən işlər daha da genişlənir - ÖZƏL

"Hesab edirəm ki, COP29 mövzusunun özünün aktuallaşması, onun  Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilməsi, iqlim dəyişikliyi məsələsinin gündəmdə olması, ekologiya məsələlərinə bu qədər önəm verilməsi önəmli bir məqamdır". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Azərbaycan üçün də, dünya üçün də bu mövzuların bu qədər qabarması çox faydalıdır. O baxımdan ki, dünyada iqlim dəyişiklikləri ilə bağlı məsələ çox ciddi fəsadlara gətirib çıxarır və artıq beynəlxalq ictimaiyyət bu mövzulara xüsusi əhəmiyyət verməyə başlayıb. O cümlədən,  Azərbaycan da bu məsələləri çox diqqətə almaqdadır və COP29-u keçirən bir ölkə kimi iqlim məsələləri ilə bağlı yeni dəyişiklər, ekologiya məsələləri ilə bağlı daha çox ölkədə diqqət ayrılacağını gözləyirəm. Yəni, dəyişikliklər əsasən bu istiqamətdə ola bilər. Yaşıllıqlara, təbiətə diqqət göstərilməsi, ekologiyanı məhv eləyən, çirkləndirən bütün digər amillərlə bağlı, onlara qarşı mübarizə effektivliyinin artırılması, təkcə Azərbaycanda deyil, dünyada da bu istiqamətdə gedən çalışmalara daha çox dəstək verilməsi və s. yöndən olan dəyişikliklər və çalışmalar gözləyirəm. Çünki həm dünyada buna diqqət artıb, həm də COP29-u keçirən bir ölkə olaraq bizim məsuliyyətimiz və bizim üzərimizə düşən işlər daha da genişlənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31