Zəngəzur dəhlizi ABŞ üçün çox vacibdir- ÖZƏL
15 Avqust 2024 15:41 Siyasət"ABŞ-nin təbii ki, Qafqazda öz maraqları var. Bu maraqlar ondan ibarətdir ki, Rusiya Ermənistan vasitəsilə bölgədən sıxışdırılıb çıxarılsın, onun yerini alsın və burada öz maraqlarını həyata keçirsin".
.jpg)
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Xüsusilə də Zəngəzur dəhlizi ABŞ üçün çox vacibdir. Birincisi, kommunikasiya xəttinə nəzarət etməklə Amerika Orta Dəhlizin əsas komponenti olan bu dəhlizə nəzarəti öz üzərinə götürür və bundan Rusiya, o cümlədən İrana qarşı istifadə edir. Eyni zamanda Zəngəzur bölgəsində yerləşməklə özünə düşmən saydığı İrana qarşı da müəyyən addımları planlayır. Bu baxımdan ABŞ-nin bölgədə yerləşməsi və hərbçilərini göndərməsi məhz bu planın tərkib hissəsi hesab olunmalıdır. Təbii ki, bu çox da asan başa gələcək bir plan deyil. Çünki regionun bir çox ölkələri, o cümlədən, Türkiyə, Azərbaycan, Rusiya, İranın özü belə Amerikanın planlarından heç də məmnun deyil. Mümkün qədər də buna müqavimət göstərməyə çalışacaqlar. Məhz Zəngəzur Dəhlizinin intriqa mənbəyinə çevrildiyindən və bundan Azərbaycana qarşı şantaj üçün istifadə edildiyindən Azərbaycan məhz Ermənistanda sülh müqaviləsi məsələsindən Zəngəzur məsələsinin çıxarılmasına razılaşdı. Faktiki olaraq bundan sonra Azərbaycana qarşı bir çox şantaj və təbliğat tezislərindən qarşı tərəfi məhrum etdi".
Zeynəb Rzayeva