Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının Siyahısı genişlənib - FƏRMAN
15 Avqust 2024 14:40 SiyasətAudiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı genişlənib.
Olaylar xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, siyahıya aşağıdakı qurumlar əlavə edilib:
- "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti - "Naxçıvan TV" televiziya yayımçısı;
- "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti - "Naxçıvan Radiosu" radio yayımçısı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31