Ölkənin daxili işlərinə qarışmaqdan əl çəkmək istəmirlər- ÖZƏL
15 Avqust 2024 12:11 Siyasət"Ümumiyyətlə, Avropa İttifaqının rəsmilərinin və yaxud da Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin müxtəlif siyasi şəxslərlə arxa-arxaya görüşlər keçirməsi onu göstərir ki, bu ittifaqın siyasi rəhbərliyi və ittifaqa daxil olan ölkələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rola rəğmən ölkənin daxili işlərinə qarışmaqdan əl çəkmək istəmirlər".
.jpg)
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Özəlliklə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən əvvəl bu tip görüşlərin mütəmadi hal alması və bir sıra siyasi şəxslərin həmin görüşlərə dəvət alması, orada iştirak etməsi onu göstərir ki, Aİ-nin Azərbaycana qarşı mövqeyi səmimi deyil. Eyni zamanda bu tip təşkilatlar və dövlətlər Azərbaycanın yalnızca daxili işlərinə qarışmırlar, hazırladıqları dırnaqarası hesabatlarda, bəyanatlarda həmişə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışıblar, Azərbaycanla Ermənistan arasında fərq qoyaraq Ermənistanın tərəfini tutublar, işğalçıyla işğala məruz qalanla eyni gözlə danışmağ çalışıblar. Bir çox zamanlarda işğalçı Ermənistanı öz hesabatlarında saxta rəqəmlərlə daha üst sıralara qaldırıblar. Bu baxımdan da növbədənkənar parlament seçkiləri ərəfəsində Aİ nümayəndələrinin Bakıda müxtəlif siyasi şəxslərlə görüşlər keçirməsi növbəti dəfə Aİ-nin Azərbaycanın daxili ictimai siyasi mühitinə qarışmaq cəhdlərini özündə ehtiva edir".
Zeynəb Rzayeva