ABŞ-nin Qafqazda hərbi möhkəmlənməsinin strateji məqsədləri nədir?- ÖZƏL
15 Avqust 2024 12:01 Siyasət"ABŞ bir daha çıxmamaq şərtilə ilə Qafqaza yerləşir. Bunu da Ermənistan vasitəsilə həyata keçirir. Eyni addımları Rumıniya və Yunanıstanda da atıblar".
Bunu ABŞ-nin Zəngəzurda gizli hərbi baza qurması ilə bağlı yayılan məlumatlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz deyib.
Bəs, bunun arxasında hansı strateji məqsədlər dayanır?

Mövzunu Olaylar.az-a şərh edən siyasi şərhçi Vüqar Əhmədov bildirir ki, regionda gedən surətli geosiyasi proseslər fonunda ABŞ Şərqi Avropa və Cənubi Qafqazda möhkəmlənir, bunu isə qismən müstəqil region dövləti olan Ermənistan vasitəsi ilə edir:
"ABŞ-nin Türkiyədə hərbi bazası var, bunu genişləndirərək Cənubi Qafqazda da həyata keçirmək niyyəti var. Ermənistan kimi ölkə üçün ölkəsində uzun illər Rusiya hərbi bazası yerləşdiyindən bunu ABŞ hərbi bazaları ilə əvəz etmək elə də çətin görünmür. Bu eyni zamanda Rusiyanın Zəngəzur dəhlizinə nəzarətin qarşısını almaqdan ötrü də edilir. Son zamanlar Qərbin, ABŞ-nin Zəngəzur dəhlizinə marağı artmışdır, bunu geosiyasi rəqabət kimi də qiymətləndirmək olar. Qərb Zəngəzur dəhlizi məsələsinə hələ ki, erməni maraqları acısından yanaşdığından bu digər region ölkələrini qane etməyə də bilər. İstənilən halda Qərb və ABŞ Zəngəzur bölgəsində hərbi və siyasi baxımdan yerləşdikcə regionda gərginliyin artması ehtimalı artır".
Qiymət Mahir