Qarşılıqlı əməkdaşlıqdan strateji hədəflərə doğru- ÖZƏL

"Son iki ildə cənab İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 16 səfər edib. Bu müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Prezidentləri Azərbaycana ümumilikdə 15 dəfə səfər ediblər. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya deyib: "Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. İkitərəfli əlaqələrdən bəhs edərkən hazırkı dövrdə, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə dost ölkələrin dəstəyini, hədiyyəsini xüsusi qeyd etməliyik. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib istifadəyə verilməsi  sözügedən tədbirdə bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıldı".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31