Azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Olaylar-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31