Türk dövlətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub- ÖZƏL

"Türkdilli ölkələr arasında əlaqələrin inkişafı ümumilikdə türk dünyasının birliyini, həmrəyliyini şərtləndirir. Bu reallığı xüsusi qeyd etməliyik ki, dünya daim Azərbaycan və Türkiyənin yüksələn xətlə inkişaf edən münasibətlərinin fonunda türk dünyasının birliyinin şahidi olub. Artıq tarixi Zəfərimizdən sonra türk dövlətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya deyib: "Dövlət başçısı İlham Əliyev türk dünyasının böyük bir ailə olduğunu önə çəkərək belə bir çağırışı edib ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31