Ölkədə xalq-iqtidar birliyi daha da möhkəmlənib- ÖZƏL
14 Avqust 2024 15:50 Siyasət"Ümumilli lider Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib". Olaylar xəbər verir ki, bunu YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib: "Bu siyasət ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirib. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ardıcıl nailiyyətlərə imza atılıb, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan qalib ölkəyə çevrilib".
O, bildirib ki, postmüharibə dövründə Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət kursu yeni reallıqlar yaradıb: "Bu gün Zəfər yolunda inamla və qürurla irəliləyirik".
Alim Hüseynli
Olaylar.az