Fransa bəşəri dəyərləri ayaq altına atır

Paris beynəlxalq idman yarışlarından siyasi məqsədlər üçün istifadə edir 

Dünyanın əksər ölkələrində erməni diasporu fəaliyyət göstərməkdədir. Etiraf edilməlidir ki, hazırda erməni diasporası dünyada ən güclü siyasi təşkilatlardan birinə çevrilib. Hətta dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni diasporu ermənilərin millət olaraq qurduqları dövlətdən daha güclü bir siyasi təsisat kimi qəbul edilir. Məhz bu səbəbdən erməni diasporunun fəaliyyət göstərdiyi dövlətlərdə təsir imkanları daha genişdir. Məhz bu fəaliyyətin nəticəsidir ki, bir çox ölkələrdə, xüsusilə də aparıcı dövlətlərdə fəaliyyət göstərən erməni diasporu və onun siyasi maraqlarını ifadə edən lobbi qrupları son yüz ildə ermənilərin düşmən hesab etdikləri xalqlara, dövlətlərə qarşı əsas silahlarından birinə çevrilib. Baxmayaraq ki, prezident İlham Əliyevin "hücum diplomatıyası" 30 il ərzində erməni diasporunun Azərbaycana qarşı  köklənmiş syasətini darmadağın etdi. Məhz bu səbəbdən hazırda bu siyasi təşkilat demək olar ki, bütün fəaliyyətini ölkəmizə qarşı yönəldib. 
  Dünya ermənilərinin və Ermənistanın xəyali maraqlarını qorumaq ideyası əsasında formalaşan  lobbi qruplarının əsas mərkəzlərindən biri də Fransada yerləşir. Dünyada üçüncü, Avropada birinci ən böyük erməni diasporunun yaşadığı  Fransada erməni lobbiçiliyinin həm ictimai rəyə, həm də Parisin xarici siyasətinə ciddi təsir imkanları var. Ümumiyyətlə, Fransada xüsusi fəallığı ilə seçilən erməni diasporunun və lobbisinin əsas məqsədlərini belə sıralamaq olar: erməni diasporunun siyasi proseslərdə fəal iştirakını təmin etmək, qondarma erməni soyqırımı məsələsini bəlli məqsədlərlə daim gündəmdə saxlamaq, Fransa - Ermənistan əlaqələrinin gücləndirilməsi, erməni kimliyinin qorunması, Ermənistana və Qarabağla bağlı bu ölkənin əsassız ərazi iddialarına dəstək əldə etmək, erməni diasporunun maraqlarına uyğun olaraq Fransanın xarici siyasətinə, xüsusilə də bu siyasətin Türkiyə və Cənubi Qafqaz aspektlərinə təsir göstərmək. Bəli, məhz bu fəaliyyət Fransada keçirilən yay Olimpiya Oyunları zamanı özünü bir daha büruzə verdi. Bu baxımdan Olimpiya Oyunlarının açılışı zamanı  Fransanın "Fr2" telekanalının efirində Azərbaycanın əleyhinə səslənən təxribat xarakterli fikirləri təsadüfi hesab etmək olmaz. Xatırladaq ki, Fransanın "France 2" telekanalında canlı yayımında aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakterli açıqlamalar veriblər. Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri öz simpatiyasını gizlədə bilməyib: "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə". Aparıcı həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib. Bunun ardınca Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi "Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası" kimi təqdim edib. Bu isə öz növbəsində şərhçinin Ermənistan komandası ilə bağlı fikirlərinə münasibətdə kəskin ziddiyyət təşkil edib və qərəzli olmasını göstərib. Məlum məslədir ki, tarixən Olimpiya oyunları həmişə dövlətlər arasında müharibəyə son qoymağa çağırış edib. Ümumilikdə Olimpiaya oyunları dövlətlərin, xalqların idman yarşları vasitəsilə yaxınlaşması, inteqrasiyası, sülhə nail olunması baxımından xoşniyyətli bir tədbir olub. Lakin Fransa bütün dəyərləri ayaq altına ataraq, dağıdıcı siyasətindən belə usanmayaraq təxribata əl atır. Başqa sözlə, Fransa televiziya kanalı erməni diasporasının təkidi ilə siyasi qərəz nümayiş etdirərək Olimpiya prinsiplərini pozur. 
Birmənalı şəkildə demək olar ki, sözügedən təxribat təsadüfi deyil, o, əvvəlcədən erməni diasporası tərəfindən məqsədli şəkildə hazırlanmış qərəzli aksiyadır. Aydındır ki, hər hansı idman jurnalistinin dünya səviyyəli idman yarışında belə bir təxrabata əl atması iandırıcı deyil. Çünki adi bir aparıcının yayılan tərzdə ifadə işlətməsi üçün siyasi səriştəsinin, tarixi bilgisinin, müasir beynəlxalq münasibətlər sistemi haqqında anlayışının yüksək səviyyədə olması qeyri-mümkündür. Olimpiya Oyunları kimi möhtəşəm beynəlxalq idman yarışının aparılması isə heç şübhəsiz ki, bu sahə üzrə ixtisaslaşmış aparıcıya həvalə edilib. Çox nadir hallarda rast gəlinir ki, ixtisaslaşmış aparıcı, jurnalist bütün sahələr üzrə intelektual bilgiyə malik olsun. Deməli, erməni diasporası Fransanın mətbuat şəbəkəsinə təsir imkanından istifadə edərək əvvəlcədən mətin hazırlayaraq aparıcıya ötürüb. Düzdür, erməni diasporası bu addımı atmaqla öz məqsədinə çatıb, ölkəmizə qarşı təxribat törədib, lakin baş verən xoşagəlməz hadisə Fransa dövlətinin adına yazılıb. Belə yersiz, səriçtəsiz şərhlərlə Fransa dövləti dünyaya bir daha təxribatçı dövlət olduğunu sübut edib. 
 Məlum olduğu kimi Fransadakı erməni diasporunun və lobbi qruplarının son onilliklərdə fəaliyyətinin əsas məqsədlərindən biri qondarma erməni soyqrımının rəsmi Paris tərəfindən tanınmasına nail olmaq və daim bu məsələni gündəmdə saxlamaqdan ibarət olub. "Erməni soyqırımı" nın ilk dəfə olaraq Uruqvay parlamenti tərəfindən 1965 - ci ildə tanınmasından sonra Fransa Milli Assambleyası da bu mövzunu məhz həmin il öz müzakirəsinə çıxardıb. 
Saxta soyqırım qətnaməsinin fransız parlamenti tərəfindən qəbulundan sonra da erməni diasporu, lobbisi bu məsələni daim ölkənin gündəmində saxlamağa çalışıb və yeni absurd qanun layihəsinin Fransa parlamentində qəbul edilməsinə nail olub. Belə ki, Fransa Milli Assambleyası 12 oktyabr 2006 - cı ildə Avropa İnsan Haqqları Konvensiyasının düşüncə və vicdan azadlıqları barəsində müddəasına zidd olmasına baxmayaraq erməni "soyqırımı"nın inkar edilməsinə görə 5 il həbs və 45 min avro pul cəzasının verilməsini özündə əks etdirən yeni qanun layihəsini qəbul edib və onu Senatın təsdiqinə göndərib. Nəhayət, uzun müzakirələrdən sonra Senat 2012 - ci ilin yanvarında qeyd olunan qanun layihəsini təsdiq edib. Buna baxmayaraq, Konstitusiya Məhkəməsi qeyd olunan qanunun konstitusiyaya uyğun olmadığını əsas gətirərək qəbul etməyib. Bir vacib məqamı da qeyd edək ki, ölkənin ictimai-siyasi sektorundan fərqli olaraq məhkəmə hakimiyyəti üzərində erməni diasporunun, lobbisinin təsir gücü xeyli zəifdir. Son illərdə Konstitusiya Məhkəməsindən başqa da bəzi yerli məhkəmələr Ermənistanın və erməni diasporunun maraqlarına zidd qərarlar qəbul edib. Məsələn, 2019 - cu ilin oktyabrın 17 - də Fransanın Lion inzibati məhkəməsi ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 2015 - ci il mayın 18 - də imzalanmış "xartiyanı" Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olduğu üçün ləğv edib.
Bütün halda Fransada yaşayan ermənilər və onların yaratdıqları diaspor qrupları ortaya qoyduqları sistemli fəaliyyət nəticəsində həm ölkənin daxilində cərəyan edən siyasi proseslərdə, eyni zamanda Parisin xarici siyasət prioritetlərinin müəyyənləşməsində vacib təsir imkanı əldə ediblər. Xüsusilə, Fransada keçirilən bütün seçkilərdə (bələdiyyə, parlament, prezident) erməni diasporu həm sayı, həm də fəallığı ilə fransız siyasətinə istiqamət verməyə çalışır. Fransada ideoloji mənşəyindən asılı olmayaraq əsas siyasi qüvvələr məhz bu güclü təşkilatlanmış diaspor qruplarının səsinə, dəstəyinə ciddi ehtiyac duyurlar və bu amil də nəticədə Parisdəki siyasi mühitə təsir edir.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31