Vardanyan şou”sunun "must go on" dövrünün dirçəldilmə cəhdləri-Şəbnəm Həsənova- ÖZƏL

"Bir müddətdir ki, bəzi və ön önəmlisi bəlli dairələr Azərbaycana qarşı soyuq müharibənin daha bir konponenti kimi "Vardanyan şou"sunun "must go on" kuliminasiya mərhələsinin yenidən dirçəldilmə cəhdləri ilə çarpışır, vuruşur. Hər sözü, hərəkəti, hətta düşüncəsi belə sağlam təfəkkürün məhsulu olan cənab Prezident İlham Əliyev forumda bu cəhdə, çəhrayı eynəkdən boylanan "Nobel sülh mükafatı" xəyallarına incə göndərmə etdi ki, lazımlı məqamda hər şey kimi bu da tam yerinə düşdü". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Necə dəyərlər hədəfə, amma tam deyilməyən ötəri göndərmə. O baxımdan ötəri ki, nəinki Ruben Vardanyan kimi alətlər, hətta bəzi siyasi fiqurlar belə dövlət başçımızın nəhəngliyinin ölçüsündə belə deyil ki, burada açıq, birbaşa ritorikaya keçilsin. Sətiraltı anlam onların alt təbəqədə olmalarının bariz nümunəsi və təsdiqidir. Siyasi bacarıq və böyüklüyün isə ərazi, əhali və büdcə ilə çərçivələnmədiyi impulsiv qərarlar verənlərin digər bölgələrdə məruz qalacağı uğursuzluğun, zamanında isə "insan haqları" adı altında verdikəri qərarların ədalətsizliyi fonunda indidən bəlli olması ilə sübut olunur.
    Fəaliyyətinin qeyri-leqal təməli sadəcə Qarabağımızda separatizmin başına keçməsi və ya keçirilməsi ilə qoyulmayan, ondan öncə də kirli pulların yuyulması ilə nam salan Vardanyan indi də günahlarını pul hesabına, ailəsi vasitəsilə CNN-də yuduzdurur, ya da günahlarını aclıqla özü yumaq istəyir. Vardanyan da, onun pulu hesabına üstümüzə hürən dünyanın məşhur PR şirkətləri də, elə ABŞ mediasının özü də bilməlidir müsəlman torpağında "yatmaq" ona aclıqdan öncə tövbə etməyi öyrətməlidir ki, "qəhrəmanlaşdırılması" istiqamətində kampaniyalarına sözlə deyil, əməli saleh olmaqla son qoyulsun.  Vardanyan "ağ damın, ağ adamlarının" "qara adamı", "qara kartı", "qara çantası"dır. Belə olmasa idi vəziyyət pul hesabına həll edilməzdi. Ərazi bütövlüyünə yanaşma fərqlidir. Həqiqət də belə fərqli olsaydı, Ukrayna tərəfindən də sanksiyaya məruz qalmaz, ukraynalı deputatlar Nobel Komitəsinə etiraz məktubu göndərməzdi. Deməli, ərazi bütövlüyü kimi həqiqət də birdir və gün kimi aydındır. 
    Maraqlı məqam odur ki, USAID, Samanda Pauer, ABŞ-ın EDELMAN PR şirkəti Vardanyanı qanadları altına alıb. Ərazi bütövlüyü anlayışını Azərbaycana gələndə fərqləndirən ABŞ, onun şirkəti, yüksən çinli məmuru Pauer necə olur ki həssas yerləri olan Ukraynada separatizmə birbaşa dəstək verən rusiyalı oliqarxı dəstəkləyir? Olmaya sentyabrda keçirilən anti-terror əməliyyatlarından bir neçə gün öncə İstanbulda olduğu kimi ABŞ burda da işbirliyinə hazırdır, yetər ki, Azərbaycana qarşı olsun. Yəni, bu qədər nəhəngliyə, ərazi bütövlüyü kimi inkarolunmaz anlayışa, Ukrayna kimi həssas məsələyə baxmayaraq ABŞ bu qədər cılızlaşır? Olmaya dörd kənd qaytarılandan sonra Nikol Paşinyanın etirazçıları yatırtmasıdır bunları hiddətləndirən? Yatırılmasa etirazçılar dağları aşıb, okeanın o tayınamı keçəcəkdilər? Bunların hər biri, bəlkə də, amma mütləqdir ki xətirlərinə dəyən ritorik suallardır əlbət ki. Çünki Qarabağa Rusiyanın müvafiq orqanları tərəfindən göndərilən və ona Ermənistanda Paşinyanı devirəcək fiqur kimi "stavka" qoyan ABŞ nəinki Cənubi Qafqazda sülhdə maraqlı deyil, hətta öz maraqları naminə vaxtilə dövlət və özəl sektorun dəatəklədiyi Paşinyana bəlkə də, indi də elə öz içlərindən meydana rəqib çıxarmaq istəyir. Deməli, yenə ermənilərin oynadılması, istifadəsi davam edir.  Yoxsa niyə Paşinyana rəqib kimi ortaya atılan rusiyalı oliqarxun promotion-u ilə bu qədər yanğı ilə məşğul olunsun ki? 
    Cənab Prezident İlham Əliyevin fokusu cılız adamlarla olmadığı kimi böyük siyasətdədi, həm də bu işdə təşəbbüskarlardan biridir. Bu baxımdan Prezidentimiz "dəmiri isti-isti döyərlər" deyiminə əsaslanıb son dərəcə soyuqbaşlı siyasət yürüdərək, bir tərəfdə Qələbə sevincinin dadını silsilə uğurlarla xalqına yenidən daddıraraq, digər tərəfdə də onu heç bir eyforiyaya qapılmamağa səsləyərək işləri muncuq kimi bir-birinin ardınca düzür. Bu baxımdandır ki, dövlət başçımız forumda o məsələni də vurğuladı ki, "İkinci Qarabağ müharibəsindən dərhal sonra deyirdim ki, bizim bu hadisəni qeyd etməyə vaxtımız yoxdur. Bu, belə də oldu. Biz bunu xüsusi qeyd etmədən işimizə davam etdik. Bu işlər davam edir, çünki görüləcək işlər çoxdur."
    Bizə qarşı soyuq müharibə elan edənlər "hirsli başda ağıl olmaz" prinsipini unutmadan soyuq müharibə cəhdlərindənsə, soyuq yanaşma ortaya qoymalıdırlar. Çünki soyuq başla düşünməyi bilən hər bir kəs və tərəf Qəzza hadisələri barəda susan, ordusu cinayətlər törədən ABŞ-ın hər il dünya ölkələrində "insan haqlarına" dair hesabatının artıq heç kəs tərəfindən ciddi qəbul edilmədiyini, bunun real vəziyyəti əks etdirməkdən daha çox, digər ölkələrə təzyiq aləti kimi istifadə olunduğunu da bilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31