Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var
26 Aprel 2024 12:25 SiyasətBizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var.
Olaylar xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında söyləyib.
2022-ci ildə enerji sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalandığını xatırladan dövlətimizin başçısı bildirib ki, bu gün bizim Avropa İttifaqına, Avropa qitəsinə qaz təchizatımız artır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31