ABŞ Dövlət Departamentinin hazırladığı analitik hesabatlar bizim üçün siyasi bir dəyərə malik deyil-Tural İsmayılov- ÖZƏL
26 Aprel 2024 11:55 Siyasət"ABŞ Dövlət Departamentinin hesabatı ədalətsizliyi özündə ehtiva edir. Çünki bu departmant əvvəla haqsız bir formada hər il dünyada hansısa insan hüquqları və s. vəziyyətlə bağlı söz sahibi olduğunu düşünür".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"ABŞ- kim o haqqı və hüququ verib ki, o bütün dünyanın yerinə hansısa bir mövqe qoymaq məsələsində özünü ön plana verir?! Heç kim ABŞ-yə belə bir hüquq tanımayıb. Digər tərəfdən ömür boyu işğalçı ilə işğal məruz qalanı tərəzinin eyni gözünə qoyan və Azərbaycanla Ermənistan arasındakı münasibətlərə sanki iki ölkə də eyni klassifikasiyadaymış kimi davranan ABŞ yenə bölgə ilə bağlı çox absurd və həqiqətlə ayaqlaşmayan illik hesabatlar hazırlayır. Əlbəttə ki, bu hesabatların heç bir əsası yoxdur. Azərbaycandakı real siyasi durumu və mənzərəni ehtiva etmir. Bu baxımdan ABŞ Dövlət Departamentinin yaydığı, hazırladığı analitik hesabatlar hansısa bir formada bizim üçün siyasi bir dəyərə malik deyil".