Heydər Əliyevin qurucusu olduğu Azərbaycanı daim qorumalıyıq” - ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi mərhələlər dövlətçiliyimizin və xalqımızın intibahında tarixi əhəmiyyət daşıyıb". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib: "Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın yaranması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Dağılmaq ərəfəsində olan Azərbaycan dinamik inkişaf edən bir ölkəyə çevrildi. Bu, heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna çıxarmaq üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu Azərbaycanı daim qorumalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31