ABŞ bu hesabatları siyasi məqsədli dərc edir -Vüqar Əhmədov- ÖZƏL
26 Aprel 2024 10:59 Siyasət"ABŞ-ın insan haqları ilə bağlı hesabatları reallıqdan uzaqdır, çünki qərəzli mənbələrdən formalaşır. Bu cür hesabatlar hər il dərc olunur və ölkələrə təzyiq məqsədi daşıyır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Obyektivlikdən uzaq və şəxsi maraqlar üzərindən formalaşan bu tip hesabatlar ciddi qəbul olunmur, çünki Amerikalı diplomatlar yalnız birtərəfli qaydada sosial mediadan neqativ məlumatlar toplayaraq hesabatda dərc edirlər. Sosial mediada yoxlanılmamış məlumatlar heç bir təhlil aparılmadan hesabata ciddi və etibarlı mənbə kimi təqdim olunur.
ABŞ kimi böyük dövlət ölkələrdə insan haqları ilə bağlı vəziyyəti əks etdirən hesabatı dərc etməmişdən qabaq obyektivliyə əsaslanmalıdır. Təəssüf ki, dünyanın heç bir yerində, hətta inkişaf etmiş Avropa ölkələrində insan haqları yoxdur və qorunmur, minlərlə insanın hüquqları pozulur və bu heç kimə bu maraqlı deyil, lakin ABŞ bu hesabatları siyasi məqsədli dərc edir və bunu xüsusən özündən aslı salmaq istədiyi post-sovet məkanı ölkələri ilə bağlı dərc edir.
Amerika Birləşmiş Ştatlarında son prezident seçkilərində biz kobud qanun pozuntuları və insan haqları pozuntuları ilə rastlaşdıq. Seçkiqabağı kampaniyada Donald Trampın informasiya hüququ məhdudlaşdırılmış və onun Twitter ünvanı bağlandı, bu informasiya hüququnun birbaşa məhdudlaşdırılması deməkdir. Bu isə onu göstərir ki, ABŞ-da nəinki sadə vətəndaşların, hətta siyasi liderlərin informasiya və sosial şəbəkələrə çıxış imkanı məhdudlaşdırılır, Prezident və siyasi liderlərə belə münasibət bəsləyən ölkələrdə adı insan haqlarından necə danışmaq olar. Şübhəsiz ki, bütün bunlar siyasi məqsədli edilir və rəqibləri, ölkələrin sabitliyini pozmağa hesablanıb".