Azərbaycan Avropa ilə Asiya arasında vacib nöqtələrdən birini təşkil edir- ÖZƏL

"Qazaxıstan isə Mərkəzi  Asiyada çox vacib iqtisadi-siyasi güc mərkəzlərindən biri kimi özünü nümayiş etdirir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"Bu baxımdan istər Türk Dövlətləri Təşkilatında, istərsə də Azərbaycanla Qazaxıstanın birgə və ortaq şəkildə iştirak etdiyi digər təşkilatlarda iki ölkənin əlaqələri yüksək səviyyədədir. Hazırda da Azərbaycanın Qazaxıstanla əlaqələri yüksələn xətlə irəliləyir və bu əlaqələrin perspektivləri hər iki ölkə üçün çox vacibdir. Nəzərə almaq lazımdır ki, daim iki ölkə rəhbərləri arasında rəsmi səfərlər təşkil olunur. Təkcə son bir il ərzində cənab Prezident İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri iki ölkə münasibətlərinin bugünkü ruhunun yüksək səviyyədə olmasından xəbər verir. Bu baxımdan Azərbaycan-Qazaxıstan əlaqələrinin perspektivlərinin bölgəyə mühüm təsirləri olacaq". Bu gün görürük ki, Azərbaycanın Qazaxıstanla münasibətlərini inkişaf etdirməsi həm Türk Dövlətləri Təşkilatı prizmasından əhəmiyyətə malikdir, həm də iki ölkə münasibətlərinin yaxşı olması yeni alternativ kommunikasiya və lojistika layihələrinin işlənməsi üçün zəmin yaradır:
"Hamıya bəllidir ki, Azərbaycanın Qazaxıstanla Orta Dəhliz layihəsində çox ciddi uğurları mövcuddur və dünyanın iqtisadi beyin mərkəzləri də belə proqnozlaşdırır ki, Orta Dəhliz yaxın gələcəyin önəmli lojistika və kommunikasiya layihələrindən biri halına gələcək. Hesab edirəm ki, son 2 il ərzində həm Azərbaycan, həm Qazaxıstan rəhbərinlərinin qarşılıqlı səfərlər etməsi iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə inkişaf etdiyini göstərir. Həmçinin mənzərə odur ki, türk dünyasının müxtəlif formalarda birləşməsindən narahat olan qüvvələr mövcuddur. Bu qüvvələr türk dünyası daxilində daim parçalanma meylləri yaratmağa çalışır, amma bütün bunlara baxmayaraq Azərbaycan- Qazaxıstan münasibətləri fonunda türk dünyasının daxilində də ayrı-ayrı qüvvələrin dərin inteqrasiyaya getdiklərinin və bu prosesde çox fəal iştirak etdiklərini müşhaidə edirik. Azərbaycan-Qazaxıstan münasibətləri Mərkəzi Asiyanın və bölgənin taleyini dəyişir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31