Türk dövlətləri ilə əlaqələrin genişlənməsi Azərbaycan üçün prioritetdir- ÖZƏL
13 Mart 2024 12:37 Siyasət"İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər ölkələri birgə əməkdaşlığa səsləyir. Zamanın bu tələbinə əməl edən ölkələr isə geniş əməkdaşlığa üstünlük verirlər". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin sözlərinə görə, türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir: "Azərbaycanın Türk dünyası dövlətləri arasında Qazaxıstanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Qazaxıstan Türkiyədən sonra Türk Dövlətləri Təşkilatında təmsil olunan ən böyük dövlətlərdən biridir. Azərbaycan-Qazaxıstan əlaqələri qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində bundan sonra da inkişaf edəcək və bütün sahələrdə əməkdaşlığımızın göstəriciləri nəzərəçarpacaq dərəcədə artacaq".