Bu nazirliyin Kollegiyasının tərkibi dəyişib

Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibi dəyişib.

Olaylar.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Kollegiyanın üzvləri sırasına Gənclər və İdman Nazirliyinin regional idarələrinin rəisləri daxil edilib.

"Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidentini isə Azəridmanservis" MMC-nin direktoru əvəzləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31