Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası qardaşlıq dəstəyinin təzahürüdür- ÖZƏL
13 Mart 2024 11:08 Siyasət"Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasında hər zaman Azərbaycana dəstək olub. Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpasına dəstək olmaqla Qazaxıstan qardaşlıq köməyini göstərir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyevin sözlərinə görə, Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bu qardaşlıq dəstəyinin əsas təzahürlərindən biridir:
"Hər iki ölkə başçısının mərkəzin açılışında iştirakı gələcək əlaqələrimizin daha da dərinləşəcəyindən xəbər verir. Azərbaycan və Qazaxıstan fəal şəkildə Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi və qarşılıqlı əlaqələrin daha da inkişafında yaxından iştirak edirlər. Ölkələrimiz arasında yüksək səviyyəli iqtisadi-ticari potensial böyük inkişaf dinamikasına malikdir. Transxəzər nəqliyyat dəhlizinin mövcudluğu regional əməkdaşlığın əhatəsini nümayiş etdirən əsas göstəricilərdən biridir".