Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoyub- ÖZƏL

"Bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev deyib: "Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Qədim tarixi köklərə bağlı olan Azərbaycan-Qazaxıstan münasibətləri bu gün yeni bir müstəviyə qədəm qoymaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31