Tokayev ikinci dəfədir ki, "müqəddəs Azərbaycan torpağı" ifadəsini işlədir- ÖZƏL

"Qazaxıstanın Füzuldə hədiyyə olaraq tikdirdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında cənab Tokayevin ikinci dəfədir ki, işlətdiyi bir ifadəyə yəqin siz də diqqət yetirdiniz. O, ölkəmizin adını çəkəndə önünə bir müqəddəs sözü əlavə edir- "müqəddəs Azərbaycan torpağı" deyir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bu təcrübəli dövlət adamı həmən ifadəni elə-belə işlətmir:  "Torpaq bütünlüyümüzün təmini üçün necə sayseçmə oğullarımızın canlarından keçdiyini o yaxşı bilir və elə bu ifadə ilə də həm onlara sayğısını, həm də qardaş dövlətin rəhbəri olaraq zəfərimizə ürəkdən sevindiyini bir daha diqqətə çatıdırır.  
Cənab İlham Əliyevin təbirincə desək, "Türk dünyasının ən böyük ölkəsinin"( digər türk dövlətlərinin hamısının bir yerdə ərazisindən Qazaxıstanınkı təqribən 9 Azərbaycan boyda böyükdür) bizə bu yanaşmasını nə dövlət, nə də millət olaraq unudacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31