Separatçıların baş qaldırması təsadüfi deyil-Əli Zülfüqaroğlu- ÖZƏL

"Separatçı rejimin tör-töküntülərinin İrəvanda baş qaldırması təsadüfi deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib:

"Ümumiyyətlə, 3-cü qüvvələr revanşist qüvvələrdən sülh prosesinin əngəllənməsi üçün alət kimi istifadə edirlər. Son zamanlar 3-cü qüvvələrin bölgədə aktuallaşması, Ermənistanın silahlandırılmasından daha ciddi bazaya keçməsi onu göstərir ki, bölgədə yeni təhlükəli prosesin təməli qoyulub.  Burada Fransa başda olmaqla Hindistan, Yunanıstan və müxtəlif Qərb mərkəzləri əsas rol oynayır. Bu güclərin öz geosiyasi maraqlarının bölgədə təmin olunması, Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması, eyni zamanda Fransa başqa olmaqla, Qərb dövlətlərinin hərbi kontingentinin yaxın perspektivdə Fransada yerləşdirilməsi ilə bağlı artıq ciddi addımlar atılır. Belə bir məqamda separatçıların baş qaldırması, hesab edirəm ki, təsadüfi deyil. Müxtəlif dönəmlərdə xüsusilə Rusiyanın maşası olaraq fəaliyyət göstəriblər. İndiki halda istifadə müddəti bitdiyinə görə, Rusiya onları bir kənara atıb. Bu baxımdan hesab edirəm ki, onlar artıq yeni sahib axtarışına çıxa bilərlər. Qərb, xüsusilə Fransa belə bir məqamda separatçılardan istifadə edərək sülh danışıqlarını poza bilərlər. Separatçıların indiki fəaliyyətində, Ermənistanın hazırkı hakimiyyətində, Azərbaycanla sülh danışıqları prosesində bir təzyiq kartı kim istifadə edə bilər. İstənilən halda separatçıların hazırda fəallaşması ilk növbədə Paşinyan hökümətinə qarşıdır. Paşinyanın hakimiyyətini möhkəmləndirməsi Azərbaycanla sülh prosesinin konstruktiv şəkildə aparılmasından keçir. Paşinyan əgər hakimiyyətlə qalmaqla yanaşı, Ermənistanı böhrandan çıxarmaq istəyirsə, o zaman Azərbaycanın şərtləri çərçivəsində hərəkət etməli və beynəlxalq hüququn normalarına əməl etməlidir. Əks halda, Ermənistanı çox ciddi və fəlakətli dönəm gözləyir. Əgər Ermənistan silahlanmağa davam edəcək və bu Azərbaycana qarşı yönələcəksə, Ermənistan Fransanın tezislərindən kənara çıxmaq cəsarətini özündə tapmayacaqsa, o zaman Ermənistanın dövlətçiliyinin mövcudluğu təhlükəli mərhələyə girəcək. İlk növbətə Ermənistanın özü bu prosesdən ziyanlı çıxacaq. Ona görə də, biz proseslərə baxsaq, görərik ki, Ermənistan yeni mərhələyə hazırlaşır. Eyni zamanda Ermənistan sülh danışıqlarından yayınmaqla özü üçün geosiyasi vəziyyətin dəyişməsini və Ermənistanın lehinə bir zəmin formalaşmasına ümidlə yanaşır. Bütün bunların heç bir perspektivi yoxdur və bu prosesdə separatçıların kart kimi istifadə olunması ilk olaraq Ermənistan dövlətinin özünə qarşı yönələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31