Ramil Usubov Gürcüstana GETDİ
12 Mart 2024 16:39 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda səfərdədir.
Olaylar.az xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Bildirilib ki, Ramil Usubov Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb. Məlumata görə, tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı həmçinin regionda cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub.(apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31