İrəvan Bakıya qarşı beynəlxalq məhkəmələrdən çəkilir? - Nikol

Danışıqlar zamanı belə bir məsələ müzakirə olundu, bu, sülh müqaviləsinin müddəaları artıq razılaşdırıldıqda və hər iki tərəfin imzalamağa hazır olduğu ən sonda müzakirə oluna biləcək bir məsələdir. Əgər tərəflər sülh müqaviləsi imzalayırsa, niyə bir-birinə qarşı hüquqi müharibələri davam etdirirlər?

Olaylar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinə qarşı beynəlxalq məhkəmələrə verdikləri iddiadan geri çəkilməsinin mümkünlüyü barədə danışarkən deyib.

O bildirib ki, beynəlxalq məhkəmələrdə şikayətlərin geri götürülməsi prosesi ikitərəfli olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31