Azərbaycan Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində xüsusi rola malikdir- ÖZƏL

"Azərbaycan sosialyönümlü dövlətdir və dövlətimiz tərəfindən atılan bütün addımlar buna bariz sübutdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib: "Minimum əməkhaqlarının və pensiyaların mütəmadi olaraq artırılması, vergi bazasının genişləndirilməsi, iqtisadi sahədə islahatların aparılması və neqativ hallara qarşı sərt tədbirlərin görülməsi ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə hesablanmış addımlardır". 
Millət vəkili həmçinin qeyd edib ki, bu gün Azərbaycanda nümunəvi və yüksəksəviyyəli xarici siyasət kursu həyata keçirilir: "Bunun da nəticəsidir ki, Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir və dünya dövlətləri ölkəmizlə əlaqələr qurmaqda, mövcud münasibətləri daha da dərinləşdirməkdə maraqlıdırlar. Eyni zamanda Azərbaycan Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində də xüsusi rola malikdir. Bundan başqa ölkəmiz müsəlman aləmində də böyük nüfuza malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31