Bu proses davam edəcəyi təqdirdə Ermənistan böyük problemlərlə rastlaşacaq-Zeynal Əmrəliyev- ÖZƏL
12 Mart 2024 12:55 Siyasət"Şübhəsiz ki, İrəvana toplaşmış seperatçıların belə revanşı gözlənilən hadisə idi. Artıq onlar Ermənistan siyasi həyatına daxil olmaq istəyirlər və bu istiqamətdə addımlar atırlar".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Son zamanlar həm Samvel Şahmaryanın, həm də digər seperatçı liderlərin Ermənistanda ictimaiyyət nümayəndələri və siyasi partiya təmsilçiləri görüşü olub. Əslində onlar Paşinyana problem yaradırlar, ancaq hələ ki, erməni hökuməti onlara dəymək istəmir. Çünki, diasporun onlara böyük dəstəyi var. Kilsə onları müdafiə edir. Separatçılar səfirlərlə də görüşlər təşkil edirlər. Buna da hökumətin özü şərait yaradır. Ancaq bu beynalxalq hüquqa ziddir. Həmən ölkələrin səfirləri hansı sifətlə Şahmaryanla görüşürlər. Kimdi bu adam ? Bu proses davam edəcəyi təqdirdə Ermənistan böyük problemlərlə rastlaşacaq. Seperatçıların bu aktivliyi Paşinyan hökuməti üçün gələcəkdə böyük baş ağrısına çevriləcək. Həmən ölkələrin səfirləri İrəvanda seperatçılarla görüşdüyü yerdə öz tarixi torpaqlardan qovulmuş, illərdi qaçqın həyatı yaşayan Qərbi Azərbaycan İcması ilə görüşlər təşkil etsinlər".