Ölkələrarası əlaqələrin inkişafında YAP-ın rolu böyükdür- ÖZƏL

"Ölkələr arasında əlaqələrin inkişafında hakim partiyaların rolu böyükdür. İki dost, qardaş ölkə olan Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında  davam edən əməkdaşlıq 2021-ci ildən  yeni mərhələyə qədəm qoydu. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə stimul verir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Nurlan Həsənov bildirib ki, YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür: "Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin  Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı" Daimi Komitəsinin üzvüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31