Siyasi və ictimai həyatda tərəqqi dövrü YAP-ın adı ilə bağlıdır- ÖZƏL
5 Mart 2024 15:26 Siyasət"Müstəqil Azərbaycanın dünənindən bugününə qədər qazanılan bütun uğurlar və nailiyyətlər birmənalı şəkildə Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib: "YAP müstəqilliyimizin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində əvəzsiz rol oynadı, xalqımızın xilaskarı, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin, eləcə də regionun ən güclü siyasi qüvvəsinə çevrildi. Dövlətçiliyin təşəkkülü, milli dirçəliş, iqtisadi yüksəliş, siyasi və ictimai həyatda tərəqqi dövrü məhz YAP-ın adı ilə bağlıdır. YAP həm də novator, fəaliyyətini yeni çağırışlar üzərində quran siyasi sistem olaraq mütərəqqi islahatları ilə hər zaman seçilib. Xalqın partiyası kimi YAP bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, beynəlxalq nüfuzunu artırır, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini genişlənir.
YAP-ın 2021-ci il martın 5-də keçirilən VII qurultayında qəbul olunan qərarlar partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb oldu. Partiyadaxili struktur islahatları həyata keçirilməklə bir sıra vacib təşkilati məsələlər öz həllini tapdı. Bu dəyişikliklər güclü, müstəqil və hesabatlı siyasi partiya kimi YAP-a cəmiyyətin sabitliyini və düzgün idarə olunmasını təmin etməyə şərait yaratdı. Ən əsası, keyfiyyətli dəyişikliklərə səbəb olmuş təyinatlar YAP-ı daha da gücləndirməklə yanaşı, siyasi proseslərin avanqardına, habelə postsovet məkanın aparıcı siyasi güc mərkəzlərindən birinə çevirdi".